Yuxarı

İranlı deputat: Azərbaycanla iyulun 8-də, Germidə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkənin əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunur.

Axar.az xəbər verir ki, bunu Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmaili deyib.

“İranın Azərbaycan Respublikası ilə ticarət və ixracat əlaqələri illər əvvəl mövcud olub və çalışırıq ki, bu əlaqələr güclənsin. İran xüsusilə Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə qonşu olması səbəbindən ixracat və ticarət baxımından, xüsusən kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir. İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycan Respublikası ilə ticarət balansını artırmağa çalışacağıq.

İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini icra olunmuş plana uyğun olaraq inkişafı məqsədilə qərara alınmışdır ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup iki ölkə arasında ticarət əlaqələrinin artmasında əsas rol oynayacaq”, - İsmaili bildirib.

Onun sözlərinə görə, iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək.

Tarix
2020.07.02 / 13:56
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla