Yuxarı

Kürdəmirdə vəzifəli şəxs koronavirusdan öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürdəmirdə vəzifəli şəxs koronavirusdan öldü

Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.

Axar.az Report-a istinadən xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ondan koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test götürülüb. Hazırda test analizinin cavabı hələlik olmasa da, mərhumun koronavirus infeksiyasına yoluxduğu və bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal olunur.

R.Rəsulovun cənazəsi polislərin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.

Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxın idi ki, bu vəzifədə çalışırdı.

Tarix
2020.07.02 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla