Yuxarı

Artilleriya bölmələrimiz döyüş atışlarına başladı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artilleriya bölmələrimiz döyüş atışlarına başladı – Video

Əlahiddə Ümumqoşun Ordunun reaktiv raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, plana əsasən yaylım atəşli reaktiv sistemlər “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Şərti düşmənin fəaliyyətinin yerüstü kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları ilə izlənildiyi təlimdə yaylım atəşli reaktiv sistemlərdən planlı və plandankənar hədəflərə qurğu, batareya və divizionlar tərkibində atışlar icra edilib.

Təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə edən bölmələr yeni aşkar olunmuş hədəfləri məhv ediblər.

Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası mövzusunda keçirilən təlimdə tapşırıqlar uğurla yerinə yetirilib.

Tarix
2020.07.02 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla