Yuxarı

Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - Foto

13:56

Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən 1979-cu il təvəllüdlü Mail Mustafayevin dəfni zamanı karantin qaydaları pozulub.

Axar.az Bakıpost.az-a istinadən xəbər verir ki, M.Mustafayev Hövsan qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb. Karantin qaydalarına görə 10-dan çox insanın bir yerə toplaşması qadağan edilsə də, artıq sayda insan dəfn mərasimində iştirak edib.

Mərasim zamanı ara məsafəsi də gözlənilməyib. Bundan başqa kadrlarda dəfnə qatılanların əksəriyyətinin tibbi maskadan istifadə etmədikləri görünür.

Xatırladaq ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O dəfələrlə məhkum olunub. Mail Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.

Qətl faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2020.07.03 / 16:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla