Yuxarı

Bakıda koronaya yoluxan şəxs mağazada aşkarlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda koronaya yoluxan şəxs mağazada aşkarlandı - Video

14:55

Paytaxtın Səbail rayonunda ictimai yerdə COVID-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunaraq, yaşadığı ünvana yerləşdirilməklə, xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, rayonun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü İsrafil Musayevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə İ.Musayev vətəndaşların intensiv hərəkət etdiyi mağazada aşkar olunub. COVİD-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, qonşuluqda yaşayan vətəndaşlara onunla təmasda olmaması üçün tövsiyələr verilib. Polis əməkdaşları tərəfindən həmin ünvan üzrə ərazidə dezinfeksiya işlərinin aparılması təmin olunub.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Tarix
2020.07.03 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla