Yuxarı

Qarabağda erməni əsgərlər arasında kütləvi yoluxma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda erməni əsgərlər arasında kütləvi yoluxma

Azərbaycanın işğal edilmiş Qızqala (Qetavan) yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, kütləvi yoluxma halı ilə əlaqədar yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb. Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb ailə üzvləri ilə birlikdə koronavirusa yoluxmuş sahə həkimi Hovik adlı şəxsin kənd camaatını da infeksiyaya yoluxdurmasıdır.

Xəbərdə deyilir ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin - kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub. Eyni zamanda, müəyyənləşdirilib ki, kənd həkimi Hoviklə ünsiyyətdə olan Qızqala hospitalının tibb bacısı Marina Qriqoryan da koronavirusa yoluxub.

Belə olan təqdirdə virusun yayılması domino effekti yaradıb və tibb bacısı M.Qriqoryanla ünsiyyətdə olan hospitalın sanitarları Ruzanna Xacaturyan, Stella Hovanisyan və Yelena Sağyanın da COVID-19-a yoluxduğu faktı ortaya çıxıb.

Hadisə ilə bağlı bütün hospitalın əməkdaşları və burada müalicə olunanlar karantinə alınıb, hospitala xəstə qəbulu dayandırılıb.

Tarix
2020.07.03 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla