Yuxarı

Mehman Hüseynovun anası erməni imiş - Şok foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehman Hüseynovun anası erməni imiş -

2020.07.03, 21:43

1nyus.az saytı öz mənbəsinə istinadla sensasiyalı məlumat yayıb.

Axar.az xəbər verir ki, sayt iddiaların çox ciddi olduğunu nəzərə alaraq, yayımlamadan əvvəl məlumatın etibarlılığını yoxlayıb.

Redaksiyaya ünvanlanan məlumatda isə bildirilir:

“Hörmətli redaksiya, hər vaxtınız xeyir!

Diqqətinizə təqdim edəcəyim faktların əhəmiyyətinə baxmayaraq, hələ də bu məlumatı dərc etmək qərarına gələcəyinizə şübhə edirəm – məlumat çox sensasiyalıdır. Lakin buna baxmayaraq, əminəm ki, faktlar oxucularınızı maraqlandıracaq.

Beləliklə, əvvəlcə qeyd edim ki, bu, özlərini demokratiya və azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparan Emin və Mehman Hüseynov qardaşlarına aiddir. Və daha dəqiq desək – onların valideynlərindən birinə, yəni anaları – qızlıq soyadı Bədirzadə olan Firəngiz İbrahim qızı Hüseynova ilə bağlıdır.

Beləliklə, aldığım məlumatlara görə, İbrahim Bədirzadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədirzadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıdığını aşkar etdim.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. "Atasının adı" qrafası boşdur (çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib).

Həqiqətdə isə Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədirzadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədirzadə ilə əvəz olunub (sənədlərin surətlərini əlavə edirəm).

1967-ci ildə, 20 yaşı olanda Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib.

Beləliklə, belə bir maraqlı vəziyyət ortaya çıxır – demək olar ki, "Azərbaycanda demokratiya uğrunda mübarizə aparan" iki əsas şəxsin anası erməni imiş. Bu da ictimaiyyətdən ciddi şəkildə gizlədilib.

Bunların Azərbaycan uğrunda mübariz olmaları ritorik sual doğurur. Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlamada “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” ifadəsini xatırlayırıq və buna göz yummamalıyıq.

Sonra E.Hüseynov əlavə etdi ki, guya azərbaycanlılar “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir”. Bu alovlu çıxışdan sonra erməni iştirakçıları, o cümlədən Ermənistan səfiri Edqar Vardanyan Hüseynovu ayaqüstə alqışladılar.

Eminin kiçik qardaşı, özünü demək olar, “millətin vicdanı” adlandıran Mehman Hüseynov öz fəaliyyətində Dağlıq Qarabağın erməni təcavüzkarları tərəfindən işğalına diqqət yetirdiyini xatırlamırıq. “Çox şanslı təsadüfdən” o, yalnız daxili auditoriyaya etdiyi çoxsaylı çıxışlarında deyil, xaricdə keçirilən tədbirlərdə də bu mövzundan yan keçir.

Bütün bunların fonunda, Qarabağla bağlı alovlu çıxışları ilə tanınan, Yevgeniya Ovanesovanın dəfn mərasimində “bu qadının Azərbaycanın iki əsl vətənpərvərini necə yetişdirməsi” ilə bağlı təriflər səsləndirən müxalif AXCP sədri Əli Kərimli çox gülünc görünür.

Beləliklə, nəticədə analarının milliyəti ilə bağlı məlumatı Hüseynov qardaşları necə şərh edəcəklər?

Yaşayarıq, görərik.

Hörmətlə və bu materialın nəşrinə ümidlə".

Tarix
2020.07.04 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla