Yuxarı

Lerikdə karantini pozanlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikdə karantini pozanlar cərimələndi

Koronavirus pandemiyasının Lerik rayonunun ərazisində yayılmasının qarşısının alınması, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirilib.

Axar.az xəbər verir ki, Lerik şəhərinin mərkəzi küçə və meydanlarını, avtovağzal, mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektlərini və ictimai nəqliyyat vasitələrini əhatə edən reyd zamanı əhali ilə söhbətlərdə Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməli, gigiyenik vasitələrdən, o cümlədən tibbi spirt, maska və əlcəkdən mütəmadi istifadə etməli, insanlarla təmas məsafəsini gözləməlidirlər.

Reyd zamanı 65-ə yaxın ictimai-iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektlərində yoxlamalar aparılıb. Xüsusi karantin rejiminin tələblərinə riayət etməyən bir neçə obyekt sahibinə xəbərdarlıq edilib, tibbi əlcək və maskalardan istifadə etməyən, mövcud qaydaları pozanlara qarşı isə inzibati qaydada cərimələr tətbiq olunub.

Tarix
2020.07.04 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla