Yuxarı

İcra başçısı yas mərasiminin qarşısını belə aldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı yas mərasiminin qarşısını belə aldı - Video

İyulun 4-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qəraraha rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.

Bu barədə Axar.az-a İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.

Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da insanların 5 nəfərdən artıq bir yerə toplanması, xüsusilə mərasimlərin keçirilməsi qəti qadağan edilir. Belə reydlər mütamadi keçiriləcək və bu kimi hallara yol verənlər haqqında ciddi cəza tədbirləri görüləcək.

Tarix
2020.07.04 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla