Yuxarı

5059 obyektdə qaydalar pozuldu - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
5059 obyektdə qaydalar pozuldu - Nazirlik

Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, iyulun 3-də ümumilikdə monitorinq keçirilmiş 796 obyektin 594-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Qeyd edək ki, mayın 22-dən iyulun 4-dək monitorinq aparılmış 10 min 548 sahibkarlıq subyektindən 5059-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Tarix
2020.07.04 / 21:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla