Yuxarı

Elektron icazə portalında problem yarandı – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektron icazə portalında problem yarandı – Səbəb

Xəbər verdiyimiz kimi, bu gündən etibarən "icaze.e-gov.az" portalından alınan bütün elektron icazələr silinib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır.

Fəaliyyətinə icazə verilmiş bir sır sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır.

“ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə bildirilib ki, hazırda saytda texniki problem mövcuddur və saat 12:00-dək aradan qaldırılacaq.

Amma həmin saatdan sonra da problem mövcud olub. 108 çağrı mərkəzindən bildirilib ki, hazırda "icaze.e-gov.az" portalında yenidən texniki problem yaşanıb və onun aradan qaldırılması üçün müvafiq işlər görülür.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə açıqlamasında portalda heç bir texniki problemin olmadığını qeyd edib:

“Sistemdə problem yoxdur. Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənmələr var. Həmin şirkətlər, qurumlar bununla, xüsusi ilə də iş yerlərinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargaha və İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər”.

Tarix
2020.07.05 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla