Yuxarı

Polis Bakının məşhur otelində əməliyyat keçirdi - Video/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis Bakının məşhur otelində əməliyyat keçirdi - Video/Foto

17:17

Polis əməkdaşları "Fairmont Baku" otelində əməliyyat keçirir.

Axar.az xəbər verir ki, hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir.

Əməliyyat davam etdirilir.

***

Əməliyyat zamanı karantin qaydalarını pozanlar müəyyən edilib və onlar saxlanılaraq cərimələnib.

Qeyd edək ki, sosial şəbəkələrdə "Fairmont Baku" otelinin müştərilərinin karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.

***

Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

Tarix
2020.07.05 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla