Yuxarı

Başçı müavini oğlunun vəhhabiliyindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı müavini oğlunun vəhhabiliyindən danışdı

"Mənim oğlum vəhhabi deyil".

Bu sözləri Axar.az-a açıqlamasında Zərdab rayon icra başçısının keçmiş birinci müavini Allahverdi Səfərov deyib. O, bundan sonra da Zərdabda fəaliyyətini davam etdirəcəyini bildirib:

"Hələ ki, evdəyəm və istirahət edirəm. Zərdabda qalmaq niyyətindəyəm. Rayonda bir iş versələr, işləyərəm. Heç yana getmək fikrim yoxdur. Övladın cəzasını valideyn çəkməlidir. Övladım səhv edib, mən də cəzasını çəkmişəm. Heç kimdən narazılığım yoxdur. Allah prezidentin də, icra başçısının da canını sağ eləsin. Övladım artıq cəzasını çəkib bitirib və evdədir".

Səfərov həmçinin oğlunun dərviş toyu keçirmədiyini deyib:

"Mənim övladım vəhhabi deyil və bu təriqətə də qoşulmayıb. Onun heç bir dərviş toyu-filan olmayıb. Bunların hamısı yalan söhbətdir".

Qeyd edək ki, Allahverdi Səfərovun oğlunun vəhhabi olması haqqında informasiya yayılıb.

Rayondan aldığımız digər xəbərdə də ata-oğul Səfərovların qeyri-ənənəvi dini cərəyana qoşulmaları ilə bağlı heç bir məlumat olmadığı, əksinə, oğulun içkiyə meyilli olduğu bildirilib.

A.Səfərovun oğlu Ceyhun Səfərov martın 22-də saat 16:00-da sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Bundan sonra isə Zərdab Rayon Məhkəməsinin qərarı ilə Ceyhun Səfərova 5 sutka həbs verilmişdi.

Tarix
2015.04.03 / 09:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla