Yuxarı

Toy etmək istəyən bəy və qonaqlar bölməyə aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, iyul ayının 5-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) və Yalama Polis Bölməsinə (PB) rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejiminin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Tarix
2020.07.06 / 10:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla