Yuxarı

Məşhur oteldən cavab: O görüntülər nə vaxt çəkilib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur oteldən cavab: O görüntülər nə vaxt çəkilib?

10:44

Görüntülərdəki hovuz kənarında dincələn insanlar oteldə qalan qonaqlardır. Hovuzda istirahət etmək məqsədi ilə heç bir müştəri qəbul edilməyib. Hovuz yalnız koronavirusla mübarizədə sosial izolyasiya qaydalarına əməl edilmək şərti ilə oteldə qalan qonaqlar üçün fəaliyyət göstərib. Orada olan hər bir şəxsin isə temperaturu ölçülüb. Hazırda otelin hovuzundan istifadə qadağandır.

Bu sözləri Axar.az-a açıqlamasında Hyatt Regency Baku” otelinin gigiyena və sağlamlıq üzrə meneceri Ramin Əzizov deyib.

O bildirib ki, sosial şəbəkələrdə otellə bağlı yayılan görüntülər karantin rejiminin yumşaldılması zamanı çəkilib.

O deyib ki, görüntlərin yayılmasından sonra otelə polis əməkdaşları baxış keçirib:

“Ötən gün paytaxtdakı otellərin birində yayılan görüntülərdən sonra Daxili İşlər Nazirliyi tərəfindən “Hyatt Regency Baku” otelinin də hovuzuna baxış keçirildi. Baxış zamanı qayda pozuntusu aşkar edilmədi. Hətta bu gün sosial şəbəkələrdə yayılan görüntülərdən sonra da baxış keçirilib”.

Tarix
2020.07.06 / 14:19
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla