Yuxarı

Qarabağ əlilinin mənzillə bağlı şikayətinə - Rəsmi cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ əlilinin mənzillə bağlı şikayətinə - Rəsmi cavab

Bəzi saytlarda Bakı şəhəri, Qaradağ rayon sakini, II qrup Qarabağ müharibəsi əlili Rəhman Həsən oğlu Əzizzadənin mənzillə təmin edilməməsindən narazılıq ifadə edən fikirləri əsasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı rəsmi mövqeyi öyrənilmədən, birtərəfli qaydada yazı dərc olunub.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

"Əvvəla qeyd edim ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı yerli icra hakimiyyəti orqanlarının məktubları əsasında növbəlillik qaydasında həyata keçirilir.

Qaradağ rayon İH-dən Nazirliyə təqdim edilmiş mənzil növbəliliyi siyahısına əsasən, R.Əzizzadə 3 may 2016-cı il tarixdən mənzil növbəsinə dayanıb.

Hazırda qanunvericiliyə uyğun olaraq, Nazirlik 2014-cü il yanvarın 1-dək olan dövrdə mənzil növbəsinə dayanmış şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və ya fərdi evlə təmin edilməsi işlərini aparır. Bu səbəbdən Rəhman Əzizzadənin mənzillə təminatı Nazirliyin səlahiyyəti xaricindədir.

Dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir. Buna misal olaraq, ötən il 934 mənzil verilibsə, cari ildə bu göstəricinin azı 1500 mənzil və fərdi ev olması nəzərdə tutulub", - F.Talıbov qeyd edib.

Tarix
2020.07.06 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi soydaşlarımıza qurban etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla