Yuxarı

Marşrut avtobuslar azaldıldı – Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marşrut avtobuslar azaldıldı – Bakıda

Paytaxtda fəaliyyət göstərən marşurut avtobuslarının sayı azaldılıb.

Sürücülərin Axar.az-a verdiyi məlumata görə, 7-ci mikrorayondan Ayna Sultanova heykəli və Gənclik metrosundan keçməklə Nəriman Nərimanov metrosu istiqamətində hərəkət edən 10 nömrəli marşurutda 7-8 avtobus xətdən çıxarılıb.

Avtobusların sürücülərin əlindən alınmasına səbəb onlardan tələb edilən planı verə bilməmələridir. Sürücülər bildirir ki, artıq bir neçə sürücünü Bakı şəhər Nəqliyyat Departamentinə çağırıblar. Planı çatdıra bilmədiyi üçün department işçiləri avtobusları sürücülərin əlindən alıb və avtobus xətdən çıxarılıb. Bu səbəbdən də digər avtobuslar fasiləsiz olaraq, sonuncu dayanacaqda dayanmadan hərəkət edirlər:

"Avtobuslarımız çox köhnə olduğu üçün tez-tez sıradan çıxır. Dünən axşam saatlarında biri, bu gün səhər isə daha bir avtobus sərnişinləri yarı yolda avtobusdan endirməli olub. Son bir neçə gündür ki, 4 avtobus xətdən çıxarılıb. Yükümüz artıb, ancaq bu əməkhaqqımıza qətiyyən təsir etməyib".

Sürücülər işçilər arasında ixtisarların aparılmasından ehtiyat edir.

Bildirək ki, qarşıdan gələn Bakı Olimpiya oyunlarına görə paytaxtda sıxlığın aradan qaldırılması üçün avtobusların sayının azaldılması müzakirə olunub.

Tarix
2015.04.03 / 12:35
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla