Yuxarı

Həbs edilən XİN əməkdaşı avtoşun atası imiş - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs edilən XİN əməkdaşı avtoşun atası imiş - Video

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, videoda adı çəkilən Nurupaşa Abdullayev 2016-cı ildə Bakıda 20 yol polisi maşınından qaçaraq avtoxuliqanlıq edən, 2017-ci ildə isə qeyri-müəyyən səbəbdən ölən Nicat Abdullayevin atasıdır. Nicat Abdullayev həbs ediləndə atası Nurpaşa Abdullayev onu xilas etmək üçün polislərə təzyiqlər göstərməyə çalışmışdı.

Azərbaycan Dillər Universitetini bitirən Nicat Abdullayev həm də ailənin tək övladı idi. O, avtoxuliqanlığa görə dəfələrlə məhkum olunmuşdu. Atası onun əlindən avtomobili alsa da, dost-tanışın maşınını götürüb öz əməllərini təkrar edirdi.

Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olmuşdu.

Nicat Abdullayevin atası Nurupaşa Abdullayev Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi idi. Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir. Məlumata görə, Nurupaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir.

Tarix
2020.07.07 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla