Yuxarı

Baş Prokurorluq təkzib yaydı: “Tutulublar”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq təkzib yaydı: “Tutulublar”

Baş Prokurorluq Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə bağlı məlumat yayıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə bağlı Tovuz rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməməsi barədə informasiyalar dərc edilib:

"Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci, Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edirik ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarınının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir".

Tarix
2015.04.03 / 13:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla