Yuxarı

Bu qədər ədalət Həzrət Əlidə olub - Novruzov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun Mediapost.az-a müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, oğlunuz məzun oldu. Məktəbi necə oxuya bildi?

- Övladım məktəbi çox yaxşı oxuyub, başa vurdu. Müəllimləri də Seymurdan çox razı idi. Hər bir müəllimi ilə görüşür və lazım gələndə əlindən də öpürdü. Mən övladımı belə tərbiyə etmişəm. Elə bunu da yazın: oğlum icazə almamış ayaqyoluna belə getmir.

- Ali məktəblərə qəbul imtahanları başlayıb. Seymur imtahan verib?

- Xeyr. Hələ imtahan verməyib. Yaxın günlərdə imtahanı olacaq. İnşallah, imtahanlarında yüksək nəticə əldə edər.

- Sirr deyilsə, övladınız ixtisasca nə olmaq istəyir?

- Özünə bu barədə sual verin. Amma mən istəyirdim, övladım Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (indiki: Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına) imtahan verib, qəbul olsun. Özü bunu istəmədi. Sonra təklif etdim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oxusun. Onu da qəbul etmədi (gülür). Özüm "paqonlu adamam” deyə, bunları təklif etdim. Amma hazırda bütün bu ixtisas seçimi məsələsini özünün ixtiyarına vermişik. Daha özü bilər. Oğlum həm də yaxşı boksçudur.

- Boksçu kimi yarışlarda iştirak edib, qələbə qazanıb?

- Yaxşı döyüşə bilir. Amma heç vaxt yarışlarda iştirak etməyib. Oğlum o qədər ədalətli adamdır ki, bəzən mən ondan dərs götürürəm. Deyir ki, məndən zəifi necə vura bilərəm?! O qədər haqq adamıdır.

- Seymur xasiyyətcə kimə oxşayır?

- Babasına oxşayır. Mənim atama. Atam da elə idi. Övladım bir qarışqanı belə ayaqlamır. Bu qədər ədalətin mən yalnız Həzrəti Əlidə olduğunu eşitmişəm.

Seymur universitetə qəbul olsa da, olmasa da, mənim üçün əhəmiyyəti yoxdur. Əsas odur, indiki dövrdə tərbiyəli övlad böyüdəsən...

Tarix
2020.07.07 / 14:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla