Yuxarı

“Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı - Açıqlama

Böyükşor gölünün ətrafında Azərsu ASC-yə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

Axar.az xəbər verir ki, bunu qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasına yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır. Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri-əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur.

"Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş "Sobsan" boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyəti qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək”, - A.Cəbrayıllı deyib.

Xatırladaq ki, dünən axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb. Müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böyükşor gölüdür. İlkin ehtimala görə, qoxu gölə axıdılan kanalizasiya suları ilə əlaqədar yaranıb.

Tarix
2020.07.07 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla