Yuxarı

AMADA beynəlxalq inspektor statusu alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMADA beynəlxalq inspektor statusu alacaq

İyulun 7-də Beynəlxalq Test Agentliyinin beynəlxalq dopinq nəzarəti inspektorları üçün təlim-sertifikat proqramına start verilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Axar.az-a bildiriblər ki, bu proqramda iştirak üçün aralarında AMADA-nın da olduğu dünya üzrə cəmi səkkiz milli və regional antidopinq agentliyi müəyyənləşdirilib. AMADA proqramın hazırlanmasında təcrübələrini bölüşməklə və təklifləri ilə layihəyə töhfəsini verib. Ümumilikdə proqrama cəlb olunan bütün təşkilatlar dünyada keyfiyyətli testin təşviqi üçün Beynəlxalq Test Agentliyi ilə səylərini birləşdirib.

Proqramın məqsədi dünyada antidopinq sahəsində testlərin keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Bu proqramın digər hədəfi yarışmadan kənar və beynəlxalq idman yarışlarında, o cümlədən dünya çempionatları, Olimpiya Oyunları və digər böyük yarışlarda dopinq nəzarətini həyata keçirmək üçün Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssislər hazırlamaqdır.

Proqram çərçivəsində AMADA-nın inspektorları xüsusi seminarlara cəlb ediləcək. Seminarların nəticəsində iştirakçılara beynəlxalq inspektor statusu verən sertifikatlar təqdim olunacaq.

Proqram antidopinq üzrə beynəlxalq mütəxəssislərin rəyləri və Ümumdünya Antidopinq Agentliyinin standartları nəzərə alınmaqla hazırlanıb. Beynəlxalq Test Agentliyi COVID-19 pandemiyasını nəzərə alaraq təlimləri bu yay onlayn keçirəcək. Ənənəvi seminarların yeri və vaxtı isə yaxın gələcəkdə ev sahibi təşkilatlarla razılaşdırıldıqdan sonra təsdiqlənəcək.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir. Həmin proqrama AMADA ilə yanaşı, Avstraliya, Belarus, Böyük Britaniya, Çin, Kanada, Norveç və Mərkəzi Amerikanın milli və regional antidopinq agentlikləri cəlb olunub.

Tarix
2020.07.07 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı daha bir açıqlama yaydı

Hansı “yerli istehsal” üçün vergini artırırlar?

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla