Yuxarı

AZAL xüsusi reyslər üçün bilet satışına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hava Yolları QSC (AZAL) iyulun 16-dan avqustun 27-dək həftədə bir dəfə (cümə axşamı) Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirəcək.

AZAL-ın mətbuat xidmətindən Axar.az-a bildirilib ki, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda, Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr aviabilet alışı zamanı 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM .

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısını təqdim edirik:

- Referans kliniki laboratoriya mərkəzi;

- Leyla klinikası;

- Memorial klinikası

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

Böyük Britaniyada COVID-19 testini sərnişin olduğu şəhərin özəl klinika, xəstəxana və apteklərində, yaxud Londonun aşağıdakı klinika və apteklərindən birində verə bilər:

- Sherlock Holmes Pharmacy - https://www.nhs.uk/Services/pharmacies/MapsAndDirections/DefaultView.aspx?id=11075

- Walkin Clinic - https://walkin-clinic.co.uk/blood-tests/covid19-testing

- London Doctors Clinic - https://www.londondoctorsclinic.co.uk/services/private-coronavirus-test/

- Private Harley Street Clinic - https://privateharleystreetclinic.com/products/covid-19-test

Hər iki halda COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq.

“Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

Tarix
2020.07.07 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla