Yuxarı

Azərbaycana sürü hücumu...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şimal rayonlarında Asiya çəyirtkələri müşahidə edilib.

Axar.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat yayılıb.

Çəyirtkələr Şabran, Siyəzən rayonları ərazisində qeydə alınıb və onlar əraziyə şimal tərəfdən gəliblər:

“Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Aqrar Xidmətlər Agentliyinin rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Belə ki, iyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran, Siyəzən rayonlarının lokal ərazilərində Asiya çəyirtkələrinin miqrasiyası müşahidə olunub”.

Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarından ibarət monitorinq qrupu yaradılaraq çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirilib: “Asiya çəyirtkəsinin faktiki inkişaf fazasında (İmaqo) hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla mobil ultra kiçikhəcmli çiləyici aqreqatlarla təchiz olunmuş 5 Mitsibişi-L200 markalı avtomaşın və 2 yerüstü çiləyici cəlb olunmaqla sirayətlənmiş ərazilərdə “Arrivo” (t.m-Sipermetrin) preparatı ilə 500 hektar ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirlərinin vaxtında, operativ həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində çəyirtkə miqrasiyasının ziyan vurma həddi minimuma endirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir”.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.

Tarix
2020.07.08 / 14:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla