Yuxarı

Ağsunun 2 kəndinə ilk dəfə qaz verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağsunun 2 kəndinə ilk dəfə qaz verildi

Ağsu rayonunun 2 kəndinə ilk dəfə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyi ölkənin qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparır, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin "mavi yanacaq"la təmin olunması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, aprel 3-də Ağsu rayonunun Maşadqanlı və Qarabağlı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

102 abonenti olan Maşadqanlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 15005 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 102 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

39 abonenti olan Qarabağlı kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumilikdə 4150 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 39 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tarix
2015.04.03 / 18:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla