Yuxarı

Evdə necə müalicə almaq olar? Nazirlikdən açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:25

Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesinə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova növbəti onlayn müsahibəsində Nazirliyin nəzdində fəaliyyət göstərən işçi qrupuna verilən "COVİD-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlar nə etməli" sualını cavablandırıb.

N.Veysova bildirib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir:

"Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarının əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVİD-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olan təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur".

Baş Səhiyyə İdarəsinin rəisi qeyd edib ki, sahə həkimləri COVİD-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq, müşahidə edirlər: "Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər. Digər infeksion xəstəliklərlə yanaşı COVID-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir. Gəlin özümüzü və əzizlərimizi birlikdə qoruyaq".

Tarix
2020.07.08 / 16:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla