Yuxarı

Bakıda “Qarabağ” kafesinin icarədarı saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “Qarabağ” kafesinin icarədarı saxlanıldı

Bakıda karantini pozan kafe aşkarlanıb.

Axar.az xəbər verir ki, iyulun 7-i saat 22:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Qarabağ” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilərək ümumilikdə 10 nəfər şəxs saxlanılıb.

Belə ki, kafenin icarədarı və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib, video çəkilişlər aparılıb.

İcarədarın barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

12-ci PŞ-nə gətirilən digər 9 nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 800 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.

Tarix
2020.07.08 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla