Yuxarı

Qətlə yetirilən Nərminlə bağlı - Yeni açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətlə yetirilən Nərminlə bağlı - Yeni açıqlama

Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, son günlər ərzində bir sıra sosial media səhifələrində və veb-saytlarda qeyd edilən cinayət işi ilə bağlı sensasiya naminə reallığı əks etdirməyən, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların yayılması müşahidə edilir.

Bununla bağlı Baş Prokurorluq bildirir ki, cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bu kimi məlumatların yayılması prinsipial, fundamental və konstitusion hüquqların pozulması, habelə istintaqın obyektiv gedişatına təsir kimi qiymətləndirilir.

Odur ki, qeyd edilənlərlə əlaqədar, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli məlumatları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, bu kimi məlumatların yerləşdirilməsinə diqqət və məsuliyyətlə yanaşılmalıdır.

Tarix
2020.07.08 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla