Yuxarı

Mehriban Əliyevanın çağırışına onlar da qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyevanın çağırışına onlar da qoşuldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Şamaxı rayon sakinləri də qoşulub.

Şamaxı Rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, iyulun 8-də rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankının peşəkar həkim kollektivi tərəfindən həyata keçirilən xeyirxah aksiyada xeyli könüllü iştirak edib və hərtərəfli müayinədən sonra 120 nəfərdən qan götürülüb. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları tam yoxlanılıb. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, qanvermə aksiyasında sakinlərlə bərabər rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri də fəal iştirak ediblər.

Tarix
2020.07.09 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla