Yuxarı

Poliklinikanın şöbə müdiri koronadan öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poliklinikanın şöbə müdiri koronadan öldü

Bakı şəhəri Binəqədi rayonunda faəliyyət göstərən 25 saylı şəhər poliklinikasının birinci terapiya şöbəsinin müdiri Aida İsmayılqızı koronavirusdan vəfat edib.

Axar.az Report-a istinadla xəbər verir ki, onun iki gün əvvəl işə gələrkən səhhətində problemlər olub.

Məlumata görə, A.İsmayılqızı ötən gün kompüter tamoqrafiyası müayinəsindən keçib.

“KT müayinəsinin nəticəsində onda “buzlu şüşə” aşkar olunub. Evə qayıdandan sonra da vəziyyəti pisləşib və dünyasını dəyişib”, - poliklinikadan qeyd olunub.

62 yaşlı həkimin şəkər xəstəliyi də olub.

Poliklinikadan bildirilib ki, hazırda tibb müsəssisəsində koronavirusa yoluxan başqa tibb işçisi yoxdur.

Qeyd edək ki, mətbuatda həkimin xəstəxanada yer olmadığı üçün evdə boğularaq öldüyü yazılıb.

TƏBİB-dən isə bildirilib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb:

“Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə, yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”.

Tarix
2020.07.09 / 13:06
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla