Yuxarı

Azərbaycanlı fəala görə BMT-yə müraciət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı fəala görə BMT-yə müraciət edildi

Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Axar.az xəbər verir ki, Jalə Təbrizi Ərk Cəmiyyətinin fəalın dosyesi ilə bağlı BMT-yə müraciət etdiyini bildirib, onun 15 il azadlıqdan məhrum edilməsini pisləyib:

“Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Hərəkatının tanınmış mübariz simasına qarşı çıxarılan hökmün təsdiqlənməsindən sonra bütün imkanlarını səfərbər edərək, bu xəbəri bütün beynəlxalq insan haqları təşkilatlarına və dünyanın nüfuzlu media qurumlarına çatdırılması üçün çalışır”.

Qeyd edək ki, Abbas Lisaninin vəkili Məhəmmədrza Fəqihi iyunun 4-də İran Ali Məhkəməsinə müraciət etsə də, milli fəal haqda verilən hökm qüvvədə saxlanılıb. Abbas Lisani hazırda Ərdəbil həbsxanasında saxlanılır. O, İran İnqilab Məhkəməsinin qərarı ilə 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Tarix
2020.07.09 / 15:03
Müəllif
Aytac Araz
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla