Yuxarı

1565 müəllim iş yerini dəyişdi - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1565 müəllim iş yerini dəyişdi - Nazirlik

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, müsabiqənin elektron yerləşdirmə mərhələsində uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra 1 565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndərilib.

Müsabiqədə uğur qazanan şəxslər tələb olunan sənədləri sentyabr ayının 1-dək (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli, 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd edək ki, ümumilikdə 10 068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6 860 namizədin elektron ərizəsi qəbul edilib.

Tarix
2020.07.09 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla