Yuxarı

Xudatda maskadan istifadə etməyənlər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat polis bölməsinin (PB) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, bölmə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onlara həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zərurliyini bildirirlər.

Polis əməkdaşları şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə də maarifləndirici söhbətlər apararaq onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişindaşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.

Keçirilən reyd zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Tarix
2020.07.10 / 16:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla