Yuxarı

Əlahiddə Ümumqoşun Orduda təlimlər davam edir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir. Taktiki təlimlərə motoatıcı və tank bölmələri ilə yanaşı hərtərəfli təminatın təşkili üzrə digər bölmələr də cəlb edilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimə cəlb edilmiş bölmələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

Tabor, divizion döyüş atışlı və atışsız təlimlərində əsas diqqət bölmələrin səhra vərdişlərinin yüksəldilməsinə, müasir ümumqoşun döyüşünün hazırlanıb aparılmasına və təlimdə iştirak edən digər qoşun növlərinin bölmələri ilə qarşılıqlı əlaqənin yaradılmasına yönəldilib.

Döyüş atışlı taktiki təlimlərdə bütün silah növlərinin, eləcə də tank və piyadanın döyüş maşınlarının atəşi ilə hədəflər məhv edilib.

Təlimlərdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılır.

Təlimə cəlb edilən şəxsi heyətin arxa təminatının təşkili məqsədi ilə tabor və divizionların maddi-texniki təminat məntəqələrinə vasitələrin çatdırılması təminedici birləşmə və hissələrin bölmələri tərəfindən icra edilib.

Tarix
2020.07.10 / 16:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla