Yuxarı

“Nar”dan abunəçilərinə çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan abunəçilərinə çağırış

Ölkədə koronavirus pandemiyası ilə mübarizəni daha da gücləndirmək və əhali arasında məlumatlılığı artırmaq məqsədilə artıq bir müddətdir ki, “e-Təbib” mobil tətbiqi istifadəyə verilib. Bildirək ki, “Nar” abunəçiləri üçün tətbiqdən istifadə ödənişsizdir və qeydiyyatdan keçən hər bir “Nar” istifadəçisinə 100 MB internet bonusu hədiyyə edilir.

Axar.az xəbər verir ki, tətbiqdə gündəlik olaraq koronavirus pandemiyası ilə bağlı ölkədəki cari statistika ilə yanaşı, həm də istifadəçilərin koronavirusa yoluxma ehtimalını müəyyənləşdirən sistem mövcuddur. Belə ki, əgər istifadəçi son 14 gün ərzində xəstəliyə yoluxmuş şəxslə ünsiyyətdə olubsa, tətbiq bununla bağlı şəxsə bildiriş göndərir və müvafiq testdən keçməyə dəvət edir. Bu, koronavirusa yoluxan xəstələrin ilkin mərhələdə aşkarlanıb müalicə almasına və yoluxma hallarının azalmasına kömək edəcək. Tətbiqi Playstore və Appstore platformalarından yükləmək mümkündür.

“Nar” abunəçilərini pandemiya dövründə xəstəliklə bağlı yalnız ilkin mənbədən alınmış məlumatlara əsaslanmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə çağırır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2020.07.10 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla