Yuxarı

Saxta vəsiqələrlə sərnişin daşıyan şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta vəsiqələrlə sərnişin daşıyan şəxs həbs edildi

Xaçmaz rayonunda karantin qaydalarını pozaraq xüsusi icazəsi olan şəxslərin şəxsiyyət vəsiqələri ilə sərnişin daşımağa cəhd edən sürücü aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə müvəqqəti stasionar postda xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd edən B.Qasımovu saxlayıblar.

Məlum olub ki, o, xüsusi icazə sistemində qeydiyyatdan keçən başqa bir taksi sürücüsünə məxsus şəxsiyyət vəsiqəsi ilə sərnişin daşımaq istəyib. B.Qasımov idarə etdiyi “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən 50 manat pul vəsaiti almaqla onları Bakı şəhərinə aparacağını vəd edib, postlardan sərnişinləri keçirtmək üçün isə özündə saxladığı xüsusi icazəsi olan müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələrindən istifadə etməyə cəhd edib.

Faktla bağlı Xaçmaz RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən B.Qasımov inzibati qaydada həbs edilib. Karantin qaydalarını pozan digər şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Tarix
2020.07.11 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla