Yuxarı

6 ayda sosial yardımlar üçün nə qədər vəsait xərclənib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
6 ayda sosial yardımlar üçün nə qədər vəsait xərclənib?

Prezident İlham Əliyevin tapşırığına əsasən, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində büdcədən bu istiqamətdə yönəldilən vəsaitlər də artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən, bu ilin ilk yarımilində ünvanlı dövlət sosial yardımlarının ödənişi üçün 62 faiz və ya 40,4 mln. manat çox olmaqla, 105 milyon manata yaxın vəsait xərclənib.

Son aylarda bu yardımı alan ailələrin sayı 14 mindən çox artıb və bu say hazırda 85 minə (350 mindən çox ailə üzvü) yaxındır. Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edərək 225 manatı ötüb.

Ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi dövründə bitən ailələrə bu yardımın verilməsi davam etdirilir.

Tarix
2020.07.11 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla