Yuxarı

Ermənistanın təxribatının pərdəarxası - Ramaldanov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin bugünkü təxribatı prinsip etibarilə gözlənilməz deyildi. Son zamanlar həm Ermənistan rəhbərliyinin, həm Dağlıq Qarabağda yerləşən seperatçı rejimin silsilə çıxışları oldu. Hətta bu çıxışlara həm Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev, həm də Müdafiə naziri general-polkovnik Zakir Həsənov xəbərdarlıq edib öz mesajını verdi.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında sabiq korpus komandiri, polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, bu günlərdə Zakir Həsənov cəbhə bölgəsində oldu, orada ola biləcək təxribatların qarşısının alınması ilə bağlı lazımı göstərişlər verdi:

“Digər rəhbər şəxslər də mütəmadi olaraq cəbhə bölgəsinə üz tuturlar. Bu, təsadüfi deyildi, biz gözləyirdik ki, erməni tərəfi hansısa istiqamətdə təxribat törədəcək. Mütəmadi olaraq düşmənin bütün istiqamətlərdə olan dəyişiklikləri və yaxud hər hansı bir təxribata işarə edən hansısa hərəkətləri daima müşahidə altındadır. Bütün istiqamətlərdə adekvat, qabaqlayıcı hazırlıq tədbirləri görülüb”.

Tovuzun yeganə hücum istiqaməti olmadığını deyən Şair Ramaldanov düşmənin digər istiqamətlərdə də təxribat törətmək istəyi və fikirləri olduğunu bildirib:

“Ancaq real şəkildə bu təxribatı məhz Tovuz istiqamətində həyata keçirmək istədilər. Pandemiya dövründə bu addımı atmaq üçün zərurət olmalıydı. Niyə məhz indi və Azərbaycanla dövlət sərhədində təxribata cəhd etdilər? Düşmən bununla nə demək istəyir? Aydındır ki, pandemiya hazırda Ermənistanı da bürüyüb, orada sosial vəziyyət çox gərgindir. Cəmiyyətdə tez-tez Paşinyanın istefası haqqında fikirlər səslənir. Demək olar ki, antipaşinyan ritorikası gündəmdə öz çəkisini artırır. Əlbəttə, cəmiyyətin fikrini yayındırmaq üçün məhz Azərbaycanla Ermənistanın sərhədində təxribat törətmək lazım idi. Bununla da cəmiyyətə bildirmək istəyirlər ki, indi bu tələblərin yeri deyil, Azərbaycanın hər an hücuma keçə bilər".

Şair Ramaldanovun fikrincə, Ermənistanın bu təxribata əl atmasının digər səbəbi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə cəlb etməkdir:

"Ermənistan tərəfi həmin təşkilata dəfələrlə müraciət edib, təşkilatın bu məsələdə diqqətsizliyi barədə müəyyən iradlar irəli sürürdü. Bu fonda Ermənistanın KTMT-yə yönəlik növbəti addımı silahlandırmaqla bağlı müraciət olacaq. Azərbaycan Ermənistanla dövlət sərhədində artıq Dövlət Sərhəd Xidmətinin bölmələrini yerləşdirməyə başlayıb. Bu, dövlət sərhədində bir stabillik nümayişidir. Sərhəd Xidməti müəyyən şəkildə gərginliyi də azaldır. Bu addım ona görə atılır ki, bizim ərazi iddialarımız yoxdur, dövlət sərhədində xidməti Dövlət Sərhəd Xidmətinin mütəxəssisləri və peşəkarları aparmalıdır. Ermənistan dəfələrlə Qazax istiqamətində də təxribatlar edirdi".

Sabiq korpus komandiri qeyd edib ki, indi isə Tovuz istiqamətində təxribat törətməklə vəziyyəti gərginləşdirərək prosesi əngəlləmək istəyirlər:

“Çünki ermənilər bilirlər ki, sərhəddə xidmətdən azad edilən hərbi hissələr sabah ehtiyat kimi torpaqları işğalçılardan azad etmək zamanı istifadə oluna bilər. Bu formada da onlar bunu gecikdirib, əngəlləmək istəyirlər. Bugünkü döyüşdə Azərbaycan əsgərlərinin qəhrəmancasına düşmənə layiqli cavab verməsi onu göstərdi ki, Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə olduğu kimi, Tovuz istiqamətində də daim düşməni nəzarət altında saxlayır. Azərbaycan əsgəri düşmənin hər hansı bir təxribatına cavab verməyə hazır vəziyyətdədir və cavab verdi. Əlbəttə, bu döyüşdür, artilleriya, minaatanlardan istifadə olunub. Təəssüflər olsun ki, 3 şəhidimiz, 4 yaralımız var. Düşmən tərəfindən müxtəlif saytlarda, sosial şəbəklərdə çoxsaylı itkilər haqqında məlumatlar yayılıb. Düşünürəm ki, bu məlumatlar əsassız deyil. Düşmən layiqli cavabını alaraq geri çəkilməyə məcbur olub. Azərbaycan əsgəri öz tapşırığını tam şəkildə, canı-qanı bahasına yerinə yetirə bilib. Əsgərlərimiz tutduğu mövqedən çəkilməyib, düşməni öz çirkin əməllərindən, təxribatdan əl çəkməyə məcbur edib”.

Tarix
2020.07.13 / 00:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla