Yuxarı

MŞ sədri mediaya cəbhə ilə bağlı müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MŞ sədri mediaya cəbhə ilə bağlı müraciət etdi

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə müraciət edib.

Axar.az xəbər verir ki, Ə.Amaşov informasiya ilə işləyən jurnalistlıri diqqətlə olmağa çağırıb. O, öz müraciətində daha sonra deyib:

“Hörmətli həmkarlar!

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində vəziyyət gərginləşib. Şəhidlərimiz var. Allah rəhmət eləsin, doğmalarına, yaxınlarına başsağlığı diləyirik.

Biz informasiya axınını da görürük. Döyüşlərin intensivləşdiyi yerlərdən “canlı bağlantılar” edənlər, şişirtmələrə yol verənlər var. Cəbhədə atəşkəsin pozulduğunun müşahidə edildiyi əvvəlki illərdə də belə hallar yaşanıb.

Unutmayaq ki, bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir. Rəsmi məlumatlara istinad, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaq şərtdir.

Onu da unutmayaq ki, hətta Ordumuzun uğur qazandığını iddia edən bəzi paylaşımlar da təxribat məqsədi daşıya bilər. Buna görə həssas davranılmalı, tələskənliyə yol verilməməlidir. Xüsusən erməni mənbələri ilə işləyərkən diqqətli olmaq lazımdır.

Tanrı Azərbaycan əsgərini, Vətənimizi qorusun!”

Tarix
2020.07.13 / 09:54
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla