Yuxarı

İrəvan Respublikası yardıma hazırdır – Çaxmaqlı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası Azərbaycana əlindən gələn hər bir köməyi etməyə hazırdır. Məsələ ilə bağlı artıq rəsmi bəyanat da hazırlamışıq.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təsisçisi Qafar Çaxmaqlı 12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribat haqda danışarkən deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində təxribat törətməklə münaqişənin məcrasını dəyişməyə çalışırlar:

“Ermənistanın bu təxribatı son zamanlar Dağlıq Qarabağ separatçılarının dərsinin verilməsi üçün yaranan fürsəti başqa səmtə yönəltmək cəhdidir. Qarabağ Azərbaycanın daxili məsələsidir və orada dövlətimiz istədiyi an antiterror əməliyyatları keçirə bilər və bu haqqı ondan kimsə ala bilməz.

Mənə elə gəlir ki, Minsk Qrupu çərçivəsində danışıqlar artıq iflasa uğrayıb. Azərbaycanın öz torpaqlarını azad etmək üçün başqa yolu qalmayıb. Bunu bilən ermənilər münaqişəyə Ermənistan sərhədində yeni bir ölçü qazandırmaq istəyirlər”.

Q.Çaxmaqlı bildirib ki, erməni təxribatından sonra dəstək üçün İraqdan, İrandan, Türkiyədən müraciət edən insanların sayı getdikcə artır:

“Hər kəs Azərbaycana dəstək olmağa, əlindən gələni etməyə hazırdır. Onu da deyim ki, artıq Türkiyə də məsələyə rəsmi münasibət bildirib. Yəni Türkiyə kimi güclü, qüdrətli bir müttəfiq də bizimlədir”.

Tarix
2020.07.13 / 19:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla