Yuxarı

Azərbaycanda bu yol bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 13-də Qubada yağan güclü leysan yağışları rayonun Bostankeş, Qalaxudat və Dərk kəndlərində fəsadlar törədib.

Axar.az xəbər verir ki, leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, bir neçə evə ziyan dəyib. Bundan başqa, kəndlərdə fərdi təsərrüfatlar və yol infrastrukturu da sel nəticəsində yararsız hala düşüb.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda kəndlərdə selin törətdiyi fəsadlar haqqında ətraflı məlumat toplanılır. Tezliklə kəndlərə dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.

Sel suları Quba-Xınalıq yolunun müvəqqəti bağlanmasına da səbəb olub. Belə ki, yolun 50-56-cı kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub.

Tarix
2020.07.13 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla