Yuxarı

QMİ-dən erməni təxribatı ilə bağlı - Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı bəyanat yayıb.

QMİ-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bəyanatda deyilir: “Uzun illərdir ki, Dağlıq Qarabağ və ətraf rayonları əhatə edən 20 faiz ərazimizi işğal altında saxlayan bədnam Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonu istiqamətində son günlərdə təxribatlar törədilməsi, atəşkəs rejiminin pozulması, ərazilərimizin təcavüzə məruz qalması Azərbaycan xalqını, o cümlədən dini ictimaiyyətimizi dərindən narahat edir. Yer üzündə ən vacib ilahi dəyər olan sülhün zaman-zaman mənfur qonşu dövlət tərəfindən məkr və fitnə ilə pozulması yeni savaşlara və yeni tələfatlara meydan açıb. Böyük ürək ağrısı ilə qeyd edirik ki, düşmənin təxribatçı həmləsini dəf edərkən qəhrəman Azərbaycan övladları şəhid olub, igid hərbçilərimizin bir neçəsi yaralanıb, mülki əhali arasında tələfat baş verib. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfinin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Qazılar Şurası və bütün müsəlman din xadimlərimiz adından şəhidlərimizə Allah-təaladan rəhmət, yaralılarımıza şəfa diləyir, şəhidlərimizin ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına səbir və dəyanət arzulayır, düşmən qarşısında mətanətli olmağa çağırırıq.

Ən böyük təsəllimiz budur ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, hərbçilərimizin qisası alınıb, müqəddəs dövlət sərhədimiz qorunub və düşmən əsgərləri geri çəkilib. Qüdrətli Azərbaycan Ordusunun azğın təcavüzkarı geri oturtması cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaratdı. Biz işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırırıq.

Qafqaz Müsəlmanları İdarəsi bu narahat günlərdə Ali Baş Komandanımız, dövlətimiz, xalqımız və Vətən torpaqlarını müdafiə edən ordumuzla həmrəy olduğunu bir daha bəyan edir, qəhrəman Azərbaycan Ordusuna həmişə yüksək qələbə əzmi, parlaq zəfərlər arzulayır. Allah-Təala haqq işimizə yardımçı olsun”.

Tarix
2020.07.14 / 18:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla