Yuxarı

"Azərişıq"da xüsusi qərargah yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində yaşanan son hadisələrlə əlaqədar olaraq, “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb.

Bu barədə Axar.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

“Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal-material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarmızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütəmadi olaraq əməkdaşları təlimatlandırır.

Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsinə səbəb olub. Və ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur.

“Azərişıq” ASC əməkdaşları ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman əsgərlərmizlə çiyin-çiynə dayanmaqdan qürur duyur!

Tarix
2020.07.14 / 18:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla