Yuxarı

Ramaldanov şəhid generaldan danışdı: O, tək deyildi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim yüksək rütbəli hərbçilərimiz daim əsgərin yanında olublar. General Polad Həşimov da Aprel döyüşləri zamanı ön cəbhədə əsgərlərlə birgə döyüşmüşdü. Bu, bir daha sübut edir ki, Ordumuzun generalları öz əsgərləri ilə birlikdə düşmənə qarşı mübarizə aparırlar. Əsgərlərimiz də görür ki, general və digər yüksək rütbəli şəxslər səngərdə onlarla birgə döyüşlər. Bu, şəxsi heyətə çox müsbət təsir edir və ruh yüksəkliyi yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq korpus komandiri, hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, rütbəsindən, vəzifəsindən asılı olmayaraq yüksək rütbəli zabitlərimiz, komandirlər daim qaynar nöqtələrdə xidmət edib, döyüşüblər:

"Bilirsiniz ki, Müdafiə nazirimiz Zakir Həsənov da mütəmadi ön xətdə olur və müşahidə məntəqələrindən o əraziləri izləyir. Həmçinin Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev də bu yaxınlarda cəbhə bölgəsinə baş çəkib. Yəni yüksək vəzifəli şəxslərimiz də tez-tez cəbhə bölgəsin gedirlər".

Şair Ramaldanov qeyd edib ki, döyüş ərəfəsində cənab general da o istiqamətdə postda əsgərlərin yanına vəziyyəti öyrənmək üçün gedibmiş:

“Bu zaman düşmənin artilleriya atəşinə tuş gələrək şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

O, tək deyildi, onunla bərabər birləşmədən olan bəzi yüksək rütbəli zabitlər də var idi. Müharibə, döyüş vaxtı hər şey ola bilər. Bu onu göstərir ki, Azərbaycan generalı hər an əsgərin, şəxsi heyətin yanında olaraq hətta canı bahasına öz vəzifə borcunu yerinə yetirməyə qadirdir”.

Tarix
2020.07.14 / 20:58
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla