Yuxarı

Daha bir şəhidimiz dəfn olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir şəhidimiz dəfn olundu

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun mayoru Anar Novruzov qəhrəmancasına şəhid olub.

Axar.az xəbər verir ki, şəhidin nəşi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Ərkivan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 44 yaşı olan Anar Novruzov ailəli idi, bir qız, bir oğlan övladı yadigar qaldı.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı övladına təhvil verilib.

Tarix
2020.07.15 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla