Yuxarı

Yürüşdə bu qüvvə iş başında idi - Politoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ordumuza dəstək məqsədilə keçirilən yürüş dosta qürur verdi, düşməni isə qorxuya saldı. Təəssüf ki, sonda bəzi başıbozuq şəxslər etdiyi hərəkətlərlə düşməni sevindirdi.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Bakıda keçirilən Ordumuza dəstək yürüşündə təxribat cəhdlərinə münasibət bildirərkən deyib.

O vurğulayıb ki, xalqımız bir daha şəhidlərini bağrına basıb, intiqam atəşi ilə küçələrdə Ordumuza dəstək yürüşü keçirdi:

“Dünən insanlarımızın küçələrə çıxıb Ordumuza dəstək verməsi, milli birlik sərgiləməsi çox müsbət haldır. Bu proses bir daha göstərdi ki, xalqımızın milli birliyi güclüdür, döyüş əzmi tükənməyib. Mən dünənki hadisələrin fonunda Aprel döyüşlərini xatırladım. O zaman da xalqımız ayaqda idi, hər kəs silaha sarılıb cəbhəyə getmək istəyirdi. Dünənki yürüşün əsas fəlsəfəsi, mənası Ordumuza dəstək, Vətənin müdafiəsinə bir xalq olaraq qalxmaq idi. Düşünürəm, biz bunu yenə bacardıq”.

Politoloq deyib ki, dünənki aksiyada xarici havadarların maliyyələşdirdiyi “5-ci kolon” yenə iş başında idi:

“Əvvəlcə onu deyim ki, yürüşdə iştirak edən şəxslər millətini, dövlətini sevən əsl vətənpərvərlər idi. Hansı ki, daha sonra dinc yolla dağılışdılar. Lakin yürüşün məqsədinə sığmayan radikal, antimilli şüarlar səsləndirən şəxsləri nə Vətən maraqlandırır, nə xalq, nə də Qarabağ. Belə insanlar sadəcə ölkədə xarici havadarlar tərəfindən maliyyələşdirilən “5-ci kolon”un əlaltılarıdır. Təəssüf ki, içimizdə sapı özümüzdən olan baltalar hələ də var”.

Tarix
2020.07.15 / 14:56
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla