Yuxarı

Bülbüloğlu aksiyada: Zakir Həsənova zəng vurdum...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskva şəhərində yaşayan soydaşlarımız Azərbaycan səfirliyinin qarşısına toplaşaraq Vətənə, doğma yurdunu döyüş meydanında qoruyan oğullarımıza, şəhidlərimizin ailələrinə dəstəklərini ifadə ediblər.

Axar.az Report-a istinadla xəbər verir ki, aksiyada iştirak edən 100-dən çox soydaşımız “Qarabağ bizimdir”, “Qarabağı heç kimə vermərik” şüarlarını səsləndiriblər.

Aksiya iştirakçılarının qarşısına çıxan səfir Polad Bülbüloğlu onlara təşəkkür edib:

“Bizim xalqımız həmişə bir və həmrəy olub. Deyə bilərəm ki, Rusiya Federasiyasının vətəndaşı olan soydaşlarımızdan bir neçə müraciət almışam. Onlar da könüllü olaraq cəbhəyə gedib Vətəni müdafiə etmək istəyirlər. Əlbəttə, bu müraciətləri respublikamızın rəhbərliyinə çatdıracağam".

Səfir dünən Müdafiə naziri Zakir Həsənova zəng vurduğunu deyib: "Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamışam. Bildiyiniz kimi, Rusiyanın bir sıra nüfuzlu KİV-nə müsahibə verərək bu məsələdə Azərbaycan Respublikasının mövqeyini çatdırmışam. Biz haqqın tərəfindəyik. Həqiqəti gec-tez dünya ictimaiyyəti də öyrənəcək. Azərbaycanımız qələbə çalacaq”.

Tarix
2020.07.15 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla