Yuxarı

Provokator üzr istədi, elə cavablar aldı ki... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün sosial şəbəkələrdə guya əsgərlərimizin vurulduğu barədə aktyorluqla, “ağlaya-ağlaya” səs yayan Rəşad Məmmədov özünə bəraət qazanmağa çalışıb.

Axar.az xəbər verir ki, bu gün sosial şəbəkə hesabından müraciət yayan R.Məmmədov erməni və təxribatçı olmadığını, “əsl Azərbaycan türkü” olduğunu iddia edib. Deyib ki, “emosional” adam olduğu üçün ona gələn xəbərlərə bu cür reaksiya verib. Əvəzində isə o səs yazısını Votsapda yayanları ittiham edib və “yanlışlığa görə” hər kəsdən üzr istəyib.

Sosial şəbəkə istifadəçiləri isə hər hansı yanlışlıq olmadığını, bunu qəsdən yaydığını o statusa yazdıqları şərhdə bildiriblər.

“Emosiyaya” qapılaraq telefonla kiməsə səs atan şəxs bunu sonadək paralel olaraq videoya niyə çəkir? Özü istəmədiyi halda o səsi Votsapda kim və necə yaya bilər? Üstəlik, videonun sonluğunu hansı emosionallığın ayağına yazmaq olar?

Bütün bu sualları ona yağdıran sosial şəbəkə istifadəçiləri R.Məmmədovu Azərbaycan dilinin imkanlarını aşan ən ağır sözlərlə təhqir ediblər.

Tarix
2020.07.15 / 17:44
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla