Yuxarı

Bu talançılıq cəhdləri düşmən əməlidir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətimiz hazırda 2 cəbhədə müharibə aparır. Bir tərəfdən, Azərbaycan-Ermənistan sərhədi boyunca ermənilərin təcavüzünü dəf edib onlara layiqli cəzalarını verir, digər tərəfdən, bütün ölkə miqyasında davam edən pandemiyanı cilovlamaq və insanların həyatını xilas etmək üçün lazım olan tədbirləri həyata keçirir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Cavanşir Feyziyev Feysbuk hesabında yazıb.

“Son günlərdə cəbhə xəttində şəhid olan əsgər və zabitlərimizin dəfn mərasimlərində çoxsaylı vətəndaşlarımız iştirak edir, şəhid olmuş qəhrəman hərbçilərimizə ehtiram nümayiş etdirirlər. Eyni zamanda Bakının müxtəlif rayonlarında, küçə və meydanlarda ordumuza dəstək yürüşləri keçirilib. Bütün bu tədbirlər vətəndaşlarımızın vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasının göstəricisidir. Lakin dünən gecə Milli Məclisin qarşısındakı meydanda toplaşmaq və daha sonra polis qüvvələrinə müqavimət göstərməklə MM-in binasına daxil olmaq və orada talançılıq etmək cəhdləri birmənalı olaraq düşmən əməlidir. Bu 90-cı illırin əvvəllərində qoşunlarımız Qarabağı düşməndən azad edərkən Ermənistanın və onun himayədarlarının Bakıda törətdiyi təxribatların təkrarıdır. Bu təxribatı törədənlər birmənalı olaraq casuslar və xainlərdir, onlara qarşı ən sərt tədbirlər görülməlidir. Vətəndaşlar ayıq-sayıq və diqqətli olmalı, casusların hiylələrinə aldanmamalıdır. İki cəbhədə müharibə getdiyi və hərbiçilərimiz vətənimiz üçün öz canından keçdiyi bir zamanda hər bir Azərbaycanlı Dövləti, Ordunu və Xalqımızı qorumaq üçün çalışmalıdır. Allah Şəhidlərimizə rəhmət eləsin!”

Tarix
2020.07.15 / 18:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla