Yuxarı

Ölkədə növbəti dəfə EKMO aparatından istifadə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə növbəti dəfə EKMO aparatından istifadə olundu

Mərkəzi Gömrük Hospitalının reanimasiya briqadası artıq dördüncü ağır koronaviruslu xəstəni ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazına qoşub.

Bu barədə Axar.az-a Hospitaldan məlumat verilib.

Qeyd olunub ki, ixtisasca həkim olan 48 yaşlı pasiyentin ağciyərlərinin 90%-dən çoxu zədəli və qan qazlarında ciddi mənfi dinamika müşahidə olunduğu üçün xəstə EKMO aparatına qoşulub: “Hazırda xəstənin vəziyyəti stabil kritik ağır kimi qiymətləndirilir”.

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi Tural Sadıqov bildirib ki, koronaviruslu xəstələrdə ağciyərlər öz funksiyasını heç cür bərpa edə bilmirsə, süni tənəffüs aparatına qoşulduqda da fayda olmursa, xəstə məcburən EKMO cihazına qoşulur: “Şöbədə ilk EKMO cihazına qoşulan pasiyent artıq uğurla cihazdan və süni tənəffüs aparatından ayrılıb. Hazırda digər xəstələrin müalicəsi davam etdirilir”.

Qeyd edək ki, EKMO cihazı ağciyər və ürək yerinə 2-3 həftə və daha artıq funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müasir və yüksək texnoloji bir müalicə üsuludur.

Tarix
2020.07.15 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla